Modern.az

ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı

ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı

12 İyul 2020, 09:59

ABŞ-da son bir gündə qeydə alınan koronavirus infeksiyasına yoluxma hallarının sayı 71 mini ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Cons Hopkins Universitetinə istinadən məlumat yayıb.

 

Məlumata görə, son sutka ərzində ABŞ-da 71 389 nəfərdə koronavirus aşkar edilib. Bununla da virusa yoluxmuşların sayında artım əvvəlki günlə müqayisədə 2,3% olub. Son bir həftə ərzində bu göstərici üzrə məlumatlar orta hesabla 1,9% təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi