Arxiv
18 İyul 2020, 21:38 | ANALİTİKA
Ermənistan Azərbaycanı terrorçuluqda suçlaya bilməz!

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist  

 

Azərbaycan jurnalistləri dövlət rəsmilərindən müsahibə alarkən, onların emosionallıqdan irəli gələrək söylədikləri hər bir ifadəni həssaslıqla nəzərə almalıdırlar.

 

Erməni mediasını oxumaq istəyən azərbaycanlıların yaşı ən azı 30 olmaqla, ürəyi və əsəbi zəif olanlara nəinki tövsiyə olunmamalı, hətta zərərli maddə kimi qadağan edilməlidir. Çünki, erməni şair Yeğişe Çarensin öz millətini nəzərdə tutaraq, "Bizdə riyakarlıq ana bətnində olarkən yaranır", - deməsində nə qədər haqlı olduğunu çoxları yaxşı bilir. Erməni jurnalistlər Dağlıq Qarabağla bağlı yazdıqları şərhlərində adətləri üzrə günahkarı yalnız Bakıda axtardıqları kimi, indi yenə də öz hərbçilərinin törətdikləri Tovuz təxribatı barədə yazılarında Azərbaycanı günahkar çıxartmağa çalışırlar.   

 

Baxın, bir neçə gün öncə Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyanın müharibə başlayacağı təqdirdə "Mingəçevir" su anbarını və Bakıdakı neft yataqlarını vura biləcəkləri hədəsinə cavab kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının şərti olaraq, "Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri "Metsamor" AES-i yüksək dəqiqliklə vurmağa imkan verir", - deməsi, nəinki Ermənistanı hay-həşirə salıb, hətta məsələ Okeanı aşıb Amerikadakı erməni xisləti və Ermənistan siyasətinin "layiqli siması" sayılan Kardaşyana da çatıb.

 

Bütün yazılarında Azərbaycana qarşı qaradan başqa boyaq tanımayan erməni icmalçı Akop Badalyan, Dərgahlının bu şərti ifadəsini əlində bayraq tutaraq, "Azərbaycan terrorçuluğa keçdi: terrorçularla necə rəftar edirlər", başlıqlı yazısında güya, Azərbaycan dövlətçilik siyasətində uzun müddətdir terrorçuluqla əlaqədədir və o indi də yeni forma və geniş miqyaslar əldə edir kimi, uydurma sözləri ilə, anasının bətnində "əldə" etdiyi riyakarlığı bütün dünyaya nümayiş etdirir.

 

Bütün dünya yaxşı bilir ki, Paşinyan Ermənistanda "nazirbaşı" olduqdan sonra, "Qarabağ - bu, Ermənistandır və nöqtə", - deyib, danışıqlardan imtina etməyə başladı. Bunun ardınca isə tez-tez qondarma "dqr"-ya gələrək, burda qanunsuz hərbi xidmətdə olan oğlu Aşota dəyməklə yanaşı, gah Şuşada, gah da Xankəndində müxtəlif "tədbirlər" keçirib, yallı oynayıb, konyak içib "danışığa" birdəfəlik son qoydu. Ancaq, Akop indi yazır ki, "İrəvan danışıqlardan geri çəkilməyib, bunu Azərbaycan etdi və bu işi terrorçuluğa çəkdi". Bu o deməkdir ki, əgər erməni riyakarlığının yer üzündə hansısa bir tayı tapılsa, təəccüb etmədən bilin ki, həmin o yeni "tapıntının" da kökündə yenə ermənilik olacaq.

 

Diqqət edin, Ermənistan ordusu tərəfindən açılmış artilleriya atəşi nəticəsində Tovuzun Ağdam kənd sakini, əlil və ahıl 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu axşam yeməyinə hazırlaşdığı, hətta yeməyi masanın üstündə olan zaman qətlə yetirildiyi və bununla bağlı danılmaz video-foto faktların olmasına baxmayaraq, Ermərnistan Müdafiə nazirliyinin rəsmisi Artsun Ovannisyan həyasızcasına bildirir ki, "Azərbaycanda heç bir ev bizim hərbi qüvvələrimizin atəşinə məruz qalmayıb". 

 

Ancaq, "ovannisyanların" Tovuzla sərhəddə olan Ermənistanın Tavuş bölgəsindəki kəndlərdə müharibəli film çəkilişlərində olduğu kimi, qəsdən köhnə avtomabil şinlərini yandırıb, uzaqdan eməni teleoperatorlarına çəkdirərək, onu, güya, Azərbaycan tərəfindən atılan artilleriya zərbələrinin nəticəsi kimi dünyaya təqdim etdirmələri, riyakarlıqda erməni hərbçilərinin və media nümayəndələrinin həqiqətən də eyni ana bətnindən "əkiz" doğulmalarının əsl sübutudur.

Təzada baxın ki, öz terrorçu siyasətini və adını Azərbaycana qoymağa çalışan Ermənistan rəsmiləri, həmçinin onun mediası hələ də anlamırlar ki, bu riyakar millətdən törəmiş və beynəlxalq aləmdə artıq çoxdan tanınmış "Asala" terror təşkilatının əliqanlı üzvləri, təkcə 1970-ci illərdən 1990-cı illərədək dünyanın müxtəlif ölkələrində 177 irimiqyaslı terror əməliyyatı törədib və minlərlə insanı qətlə yetiriblər.  (https://ru.wikipedia.org/wiki/Список_террористических_операций_АСАЛА)


Maraqlıdır, babası faşistlərə satılmış Ermənistan "paşası" və bütün dünya erməniləri əgər beynəlxalq miqyasda rəsmən terrorçu kimi qəbul olunmuş Monte Melkonyanı ölkəsinin Milli qəhrəmanı hesab edirsə, o zaman onlar hansı mənəvi haqla və üzlə torpağını işğal etdiyi Azərbaycan dövlətini terrorçuluqda suçlaya bilərlər?! Bu üzdən də, terrorçu Monte Melkonyanla xislətcə və zahirən oxşar olan erməni "nazirbaşı" və onun saqqalına hələlik "tumar" çəkənlər qoy bilsin, Azərbaycan Ordusunun Dağlıq Qarabağda əsl terrorçuları məhv edəcəyi günə sayılı günlər qalıb.


Erməni məkrliyini nəzərə alaraq, onların mediasını oxuyan Azərbaycan oxucusu, erməni jurnalistlərinin yazdıqları manipulyativ şərhləri, icmalları və analitik yazıları oxuyanda, həmçinin erməni rəsmiləri tərəfindən səslənən "yüksək tonlu" bəyanatlara rast gələndə, soyuqqanlı olmalı, heç bir halda psixoloji təsirə düşmədən gülümsəyərək ötüşməlidir.


Bu arada, Azərbaycan jurnalistləri dövlət rəsmilərindən müsahibə alarkən, onların şərti və ya emosionallıqdan irəli gələrək söylədikləri hər bir ifadəni tirajlamazdan əvvəl, bu sözün hansı reaksiya doğuracağını həssaslıqla nəzərə almalıdırlar. Bu gün informasiya müharibəsi cəbhəsində döyüşən hər bir jurnalist, az qala diplomat qədər bilgili, soyuqqanlı, hərbçi kimi öz cəbhəsində ağzı bütöv, gözüaçıq və son dərəcə diqqətli olmalıdır.   


Sonda, öz Tvitter səhifəsində ABŞ Konqressini Azərbaycana hərbi yardım olunmasına qadağa qoymasına çağırış edən Kim Kardaşyan və onun "Mən Ermənistanın yanındayam", - deməsinə gəlincə, bu, heç kimi təəccübləndirməməlidir. Çünki, Ermənistan rəsmilərinin siyasi, media nümayəndələrinin isə jurnalist əxlaqı "Kardaşyan Kodeksi"nin prinsiplərindən heç nə ilə fərqlənmir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naxçıcanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52 Bakı və Abşeronda ağacların quruma səbəbi araşdırılır - İşçi Qrup yaradıldı   23 Sentyabr 2020, 17:46 Rusiya Avropa Birliyinə qarşı sanksiya tbiq etdi 23 Sentyabr 2020, 17:40 Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ 23 Sentyabr 2020, 17:34 Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı 23 Sentyabr 2020, 17:28 Azərbaycanın 3 şəhəri UNESCO-nun şəbəkəsinə üzv seçildi 23 Sentyabr 2020, 17:23 Azərbaycanda virusa yoluxma sayı yenidən üçrəqəmli oldu - 2 ölüm 23 Sentyabr 2020, 17:17 Dolların sabaha olan məzənnəsi 23 Sentyabr 2020, 17:12 Vyaçeslav Volodin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 23 Sentyabr 2020, 17:06 Malik Həsənov: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükədir 23 Sentyabr 2020, 17:00 Baş Prokuror İsmət Qayıbovun oğlunu qəbula çağırdı - VİDEO 23 Sentyabr 2020, 16:54 Ramin Bayramlı: “Koronavirusla bağlı vaksinasiya könüllü olacaq” 23 Sentyabr 2020, 16:48 Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsilə bağlı açıqlama 23 Sentyabr 2020, 16:42 Daha bir futbolçu “Barselona”nı tərk etdi 23 Sentyabr 2020, 16:36 Prezidentlə birinci xanım Balaxanıda - VİDEO 23 Sentyabr 2020, 16:30 Razi Nurullayev özünə yeni müavin təyin etdi 23 Sentyabr 2020, 16:25 Prezident: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır” 23 Sentyabr 2020, 16:19 “İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti 23 Sentyabr 2020, 16:13 Çimərliklərlə bağlı portalın işi dayandırıldı 23 Sentyabr 2020, 16:12 Sahibə Qafarova rusiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2020, 16:09 “Vaksinlərin Azərbaycanda istehsalı mümkün görünmür” - TƏBİB rəsmisi 23 Sentyabr 2020, 16:06 Azərbaycanda koronavirusa qarşı peyvənd kimlərə vurulacaq? - AÇIQLAMA 23 Sentyabr 2020, 16:02 İlham Əliyev: Balaxanı kəndinə mənim xüsusi diqqətim var - YENİLƏNİB 23 Sentyabr 2020, 16:00 Deputat özünü təbrik etdi - Tənqidlərə tuş gəldi 23 Sentyabr 2020, 15:56 Mətbuat Şurası iki sayt redaktorunun dava-dalaşını araşdırdı 23 Sentyabr 2020, 15:50