Modern.az

Bakı Nəqliyyat Agentliyi daha 5 ekspres xətt təşkil edir

Bakı Nəqliyyat Agentliyi daha 5 ekspres xətt təşkil edir

4 Avqust 2020, 18:05

İndiki halda bizim üçün vacib olan vətəndaşlarımızın rahatlığıdır. Bakıətrafı kənd və qəsəbələrə əlavə olaraq 5 ekspres xətt təşkil olunacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, ekspres xətlərin təşkili sərnişin sıxlığının qarşısının alınması üçün önəmlidir: "Yeni ekspres xətlərin təşkilində məqsəd Bakıətrafı ərazilərdə sərnişin sıxlığının qarşısını almaq məqsədi daşıyır.

Xüsusən də çimərliklərə icazələrin verilməsi Bakıətrafı ərazilərə gediş-gəlişi artırır. Bütün vətəndaşlarımızın ictimai nəqliyyata əlçatımlılığı təmin olunur. Sərnişlər, həmçinin iritutumlu avtobuslarla təmin ediləcək".

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?