Modern.az

Qlobal Jurnalistlər Şurasının İstanbul ofisi - FOTOLAR

Qlobal Jurnalistlər Şurasının İstanbul ofisi - FOTOLAR

11 Sentyabr 2020, 23:16

Qlobal Jurnalistlər Şurasının (KGK) İstanbulun mərkəzində qurulan ofisi sabahdan etibarən xidmətə başlayır.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mərkəzi Ankarada yerləşən və Anadolunun müxtəlif şəhərlərində nümayəndəlikləri istifadəyə verilən Qlobal Jurnalistlər Şurasının (KGK) İstanbul ofisi Cihangirdə açılmağa hazır vəziyyətə gətirilib.

 

 

Sabahdan etibarən xidmətə başlayacaq İstanbul ofisi, Cihangir, Süngü Sokak, 1 nömrəli iş mərkəzindədir. Taksimdən 5 dəqiqəlik piyada məsafədə olan KGK ofisi, İstanbulun mərkəzindəki xüsusi yeri ilə diqqət çəkir. Sahəsi 80  kvadrat metr olan ofisin əlavə 100 kvadratmetrlik bağçası var.  KGK üzvlərindən başqa bütün yerli və xarici jurnalistlər güclü internet, kompüterlər, printerlər kimi hər cür texnoloji imkanların təqdim olunduğu və çay, qəhvə, tost və sendviç kimi xidmətlərin təqdim olunduğu KGK İstanbul ofisində faydalana biləcəklər.

 



“İstanbulun mərkəzində çox gözəl bir ofis yaratdıq. İşlək, texnoloji və yaşıl bağçası ilə simpatik bir ofisə çevrildi. Ofis sabahdan etibarən yerli və xarici üzvlərimizə və dəyərli həmkarlarımıza xidmət göstərməyə başlayacaq. Töhfə verənlərə çox təşəkkür edirəm. "Həmkarlarımıza uğurlar.",- deyə KGK İdarə heyətinin sədri Mehmet Ali Dim vurğulayıb.

 




Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı