Modern.az

Gəncədə ağır qəza: 1 ölü, 4 yaralı

Gəncədə ağır qəza: 1 ölü, 4 yaralı

30 Sentyabr 2020, 00:12

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prado" markalı minik maşını ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə 1954-cü il təvəllüdlü Mirzəyev Məqsəd Rüstəm oğlu hadisə yerində dünyasını dəyişib, 1988-ci il təvəllüdlü Köçəriyev İqbal Əli oğlu, 1976-cı il təvəllüdlü Cənnətov Mahmud Saleh oğlu, 1962-ci il təvəllüdlü İsmayılov Fəqani Abuzər oğlu və 1995-ci il təvvəllüdlü Məmmədov Vüsal Maksim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...