Modern.az

Jurnalistin Şuşaya gedən DÖYÜŞ YOLU - “Araz övladlarının qəhrəmanıdır”

Jurnalistin Şuşaya gedən DÖYÜŞ YOLU - “Araz övladlarının qəhrəmanıdır”

19 Dekabr 2020, 12:27

Vətən Müharibəsi başlayanda xeyli jurnalist qələmi yerə qoyub əlinə silah alaraq, torpaqlarımızın azadlığı uğrunda savaşa qoşuldu. 
Qarabağ uğrunda döyüşlərdə iştirak edənlərdən biri də jurnalist Araz Ağayevdir. O, hazırda leytenant kimi Şuşada hərbi xidmətdədir.

Arayış: Araz Tofiq oğlu Ağayev 1974-cü ildə anadan olub. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna qəbul olunub və oranı fərqlənmə diplomu ilə başa vurub.
1999-2006-cı illərdə “Kaspi” qəzetində müxbir, redaktor, baş redaktor müavini vəzifələrində çalışıb. Daha sonra Dövlət Neft Şirkətində kadrlar şöbəsinin rəis müavini, Neft-qaz-layihə institutunda kadrlar şöbəsinin rəisi işləyib. Ardınca “Azəriqaz” İB-də mətbuat katibi, Azərbaycan Dillər Universitetində İnformasiya Departamentinin müdiri vəzifələrində çalışıb.
Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşıdır. Aləlidir, üç övladı var.


Araz Ağayevin qardaşı Anar Ağayev Modern.az-a danışıb:

- Anar bəy, bizə qardaşınızdan danışa bilərsinizmi, necə oldu cəbhəyə yollandı, indi hansı istiqamətdədir?

- Araz vətənpərvər, el-obasına bağlı insandır. Müharibə başlayan kimi də könüllü olaraq səfərbərliyə yazıldı, sonra onu çağırdılar, qeyd edib ki, bir müddət pncə əməliyyat olunmuşdu. Dedilər ki, lazım olsa çağırılacaqsan. Getməyə də bilərdi, çünki əməliyyat olunmuşdu, amma o heç nəyə baxmadan ailəsini belə düşünmədən cəbhəyə yollandı. Hazırda Şuşada hərbi xidmətə davam edir.  

- Bilmək olarmı, qardaşınız hansı əməliyyatı keçirtmişdi?

- Onun əvvəldən bəzi problemləri var idi, ağrıları olurdu. Səhf etmirəmsə,  kor bağırsaqda olan xroniki problemlər idi. Ağrıları tez-tez tuturdu, əvvəlcə müalicə olundu, amma heç bir təsiri olmadığından həkimlər əməliyyat etməyə məcbur oldular. İndi şükürlər olsun ki, yaxşıdır, heç bir problemi yoxdur.

Araz ehtiyatda olan zabit idi. Müharibə başlayan zaman dedi ki, gedək biz də könüllü yazılaq səfərbərliyə, mən də onunla birlikdə getdim. Sonra çağırıb dedilər ki, siz təlimlərdə iştirak edəcəksiniz və arxa cəbhədə olacaqsınız. Amma zabit olduğu üçün Arazı apardılar, mən qaldım. Bilirdilər ki, əməliyyat olunub, biz düşünürdük ki, ön xəttə aparmazlar, amma getdiyi gündən müharibə bitənə qədər ön xətdə oldu.



- Ail
əsi, sizin özünüz qardaşınızı cəbhəyə necə yola saldınız?

-  Vətən üçün getdiyinə görə ailəsi də, elə mənim özüm də sevinə-sevinə uğurladıq onu. Ailəsindən də heç kim ona demədi ki, getmə cəbhəyə. Düzdür, müharibədir insanın içində bir qorxu olur ki, birdən nəsə baş verər, amma Vətən adı gələndə bunları düşünmək olmaz.


- S
izə müharibədə yaşadıqlarından danışıbmı?


-
Əvvəl demək olar ki, danışa bilmirdik. Son günlər bir az rahat danışmaq olur, amma açığını desəm, telefonda çox da dərin söhbətlər etmirik. Hər dəfə danışanda hiss olunur ki, kefi yoxdur. Mən də, ailəsi də orda olanlar haqqında çox sual verə bilmirik, çünki insan sual verməyə çəkinir, bilirik ki, çox hadisələr baş verib, danışa bilmir.


- Araz b
əyin bir jurnalist olaraq arxa cəbhədəki fəaliyyətindən nələr danışa bilərsiniz?

- Bir jurnalist kimi hər zaman aktiv olub. Əvvəl tam olaraq jurnalistikanın içərisində idi. Son vaxtlar da müxtəlif idarələrdə çalışmışdı. Cəbhəyə getməzdən öncə arxa cəbhədə yenə də əlindən gələni edirdi. Yəni hər zaman vətəni üçün çalışıb. Araz işində də, başqa fəaliyyətlərində də vicdanlı və məsuliyyətli insandır.

- Bir az da ailəsindən danışaq...

- Arazın 3 övladı var, iki qızı, bir oğlu. Oğlu 11-ci sinifdə oxuyur, qızlarının isə biri universitetdə təhsil alır, digəri hələ balacadır - 6 yaşı var. Ataları ilə tez-tez danışırlar. Müharibə bitməzdən öncə daha çox qorxurdular, ağlayırdılar, indi bir az sakitləşiblər - atalarının yolunu gözləyirlər. Ataları onların qəhrəmanıdır...



- Qarda
şınızın ailəsinə necə dəstək olursunuz?

- Biz bir ailəyik və hamımız bir-birimizə dəstək olmağa çalışırıq. Arazın balaca qızı durumu o qədər də dərk etmir, çünki hələ yaşı azdır, böyük qızı əvvəl çox pis olurdu – ağlayırdı, indi bir az sakitləşib, müharibə bitdiyinə görə. Biz də yanlarında olmağa çalışırıq. Səbirsizliklə Arazı gözləyirlər.

- Planınız varmı, qardaşınız gələn zaman nələr etməyi düşünürsüz?


- Sağ-salamat gəlsin inşallah. Əlimizdən nə gəlsə, etməyə hazırıq. Uşaqları da yəqin ki, sürpriz hazırlayacaqlar ataları üçün.


Mehri QURBAN

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir