Modern.az

İmtahanlardan narazı abituriyentlər TQDK-ya şikayət etdilər

İmtahanlardan narazı abituriyentlər TQDK-ya şikayət etdilər

1 Avqust 2012, 11:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyaları yaradılıb. Modern.az-ın məlumatına görə, TQDK-dakı  Apellyasiya komissiyalarına imtahanların nəticələrindən narazı qalan xeyli abituriyent müraciət edib

Həmin mürüciətlər nə ilə bağlıdır?

TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ali məktəblərə qəbul imtahanları ilə bağlı abituriyentlərin quruma daha çox nədən şikayət etdikləri barədə Modern.az-a açıqlama verib.

TQDK rəsmisi bildirib ki, abituriyentlər tərəfindən daxil olan şikayətlərin əksəriyyəti sualların məzmunu ilə bağlıdır. E.Nağızadənin sözlərinə görə, TQDK-ya daxil olan hər bir müraciətə baxılarq yerindəcə həll edilir.

 “Qəbul imtahanlarından sonra bizə müxtəlif müraciətlər daxil olur. Xüsusən də imtahandan sonra iki gün ərzində sualların məzmunu ilə bağlı ekspertlər daxil olan müraciətləri cavablandırırlar. Sonuncu imtahandan sonra test sualları ilə bağlı 3-4 nəfər müraciət edib. Hər qəbul imtahanından sonra sualların məzmunu ilə bağlı Apellasiya komissiyaları fəaliyyət göstərir. Təxminən hər qrup üzrə 4-5 abituriyent suallarla bağlı müraciət edib. Təbii ki, ekspertlər tərəfindən onların şikayətləri, müraciətləri mütəmadi olaraq cavablandırılır. Bir çox abituriyent sualların onlara qaranlıq qalmasından şikayət edirlər.
Bundan başqa, vətəndaşlar tərəfindən çoxlu sayda sorğu xatarkerli müraciətlər də daxil olur. Çoxları məlumat almaq üçün müraciət edirlər. Lakin ciddi şiakyətlər qeydə alınmayıb”, - deyə E.Nağızadə bildirib.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü