Modern.az

Saxta "məktəbli forması" buraxan müəssisə aşkarlandı

Saxta "məktəbli forması" buraxan müəssisə aşkarlandı

30 Avqust 2012, 12:40

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, “Bakı Tekstil Fabriki” MMC-də “məktəbli formasının” istehsalı, satılması və realizə olunması qadağan edilib.

Komitə tərəfindən Binəqədi rayonu, Baksol 1 ünvanında fəaliyyət göstərən Babayeva Səkinə Rəşid qızının rəhbərlik etdiyi “Bakı Tekstil Fabriki” MMC-də dövlət nəzarəti həyata keçirilərkən müəssisədə qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsullar istehsal olunduğu aşkar edilib.

Araşdırma zamanı o da məlum olub ki, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilmir, eyni zamanda normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq “məktəbli forması” istehsal (realizə) olunur. Həmçinin müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib.

Aşkar olunmuş bu və digər nöqsanlara görə , Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin “Bakı Tekstil Fabriki” MMC-də “məktəbli formasının” istehsalı, satılması və realizə olunmasını qadağan olunub.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı