Modern.az

Zahid Oruc: “Ramilin azadlığı ermənilərə ağır psixoloji zərbə vuracaq”

Zahid Oruc: “Ramilin azadlığı ermənilərə ağır psixoloji zərbə vuracaq”

31 Avqust 2012, 16:31

Deputat Azərbaycan xalqına gözaydınlığı verdi

Millət vəkili Zahid Oruc Ramil Səfərovun vətənə qayıtması ilə bağlı fikirlərini Modern.az saytı ilə paylaşdı.

Zahid Oruc bildirdi ki, məsələ ilə bağlı danışmağa  mənəvi haqqı və səlahiyyəti olan insanlardan biri də özüdür .

“Bu işin əvvəlindən varam və bilirəm ki, 8-9 ildə nələr baş verib. Ramil Səfərovun ölkəyə gətirilməsi hər bir azərbaycanlı kimi məni də çox sevindirdi. İlk növbədə Azərbaycan prezdentinə xüsusi təşəkkürlərimi bildirirəm. Millətin adını qaldıran bir hadisədir. Öz –özlüyündə Ramil Səfərov bir atanın övladı deyildir , o Azərbaycan xalqını təmsil edirdi. Bütövlükdə millətə məxsus idi. Və ona çıxarılmış hökm Qarabağ savaşımızda verilən qiymət idi. Bu yaxınlarda onun ad günü idi və biz bu hadisəni dəyərləndirərkən bir tərəfdən illər uzunu onun dəmir barmaqlıqlar arasında qalmasının məqsədini qeyd etdik,  o biri tərəfdən isə onun orada ömürlük saxlanmasının bizim mübarizəmizə,  ərazi bütövlüyümüzə nə qədər mənfi təsir göstərdiyindən bəhs etdik. Azərbaycanın  tarixində yaşayan Mübariz İbrahimovlar , Ramil Səfərovlar və digər insanlarımız öz əməli ilə bir şəxsin, bir fərdin uğurunu yaratmırlar. Bütövlükdə öz cəmiyyətinə, xalqına, milətinə bu  hadisəni yaşadırlar və Ramil Səfərovun da adı millətinə bu dərəcədə bağlanmışdır və onun gətirilməsi təbii bir  hadisə kimi dəyərləndirilməlidir. Və buna görə hamımıza göz aydınlığı verirəm”.

Z.Oruc onu da vurğuladı ki, bu, milli ruhun qalxmasına təsir göstərəcək hadisələrdir.

”Çünki o hadisə böyük bir karyeranı başladan , NATO-nun sistemində formalaşan bir azərbaycanlı zabitinin sındırılması , öz gələcək iş xəttindən daşındırılması, həmin şəxsin generallılığa gedən yolunun qabağını kəsmək demək idi. O səngərdə Azərbaycanın döyüş qabiliyətinə təsir göstərəcək insanlardandır. Biz o yerdə Ramil Səfərovun olmadığını görürüksə, düşmən də güclənmiş olur. Ramil Səfərovun orada saxlanması üçün erməni dövləti bütün gücünü qoymuşdu. Biləsiniz ki,  Ramilin müdafiə işinə qoşulan şəxslərdən biri kimi mən Zahid Oruc və Azay Quliyev dövlət başçılarımızla bu işə başlamışdıq.  İlk səfərləri də o dövrüdə etmişik. Biz çox yaxşı bilirik ki, Macarıstanda ermənilər ona həmin Markaryanın, az qala erməni xalqının  heyfini çıxmaq elə bir  hökmü çıxartmaq istəmişdilər ki, o hökm ilə Azərbaycan xalqının gözünü qorxutsunlar və mübarizə əzmini sındırsınlar . Və bir daha desinlər ki, harda Türk,  Azərbaycanlı görsək,  zərbə vurub öldürə bilərik,  amma dünyanın istənilən məkanında erməniyə dözməlisiniz. Prezdentin bu qərarı və addımı, bunun ən yüksək səviyyədə həll olunması, əfv olunaraq öz ailəsinə və millətinə dönməsinin təşkil olunması qürurverici bir haldır. Biləsiniz ki, bu erməniyə son dərəcə ağır psixoloji zərbə kimi dəyəcək. Mübariz İbrahimovun  hadisəsi  uzun müdət erməni ictimai fikrini kədərləndirdi, yasa bağladı. Onlar bunu dövlət səviyəsində yaşayırdılar, təkcə matəm etməklə iş bitmədi. Uzun müddət onlar cəbhə xəttini gücləndirdilər ki, birdən yeni –yeni Mübarizlər və Fəridlər meydana çıxar, bunun qabağını ala bilməzlər. Və siz bilin ki,  bu gün Azərbaycan cəmiyyətində bu hadisəyə sevinənlər daha doğrusu savaşın yolçularıdır. Ramil Səfərov yenidən Qarabağ cəbhəsində erməniyə qarşı vuruşacaq. Doğurdan da bunun gələcək dönəmdə böyük bir hadisə kimi həyatımıza təsir göstərəcəyinə əminəm və çox ümidvaram ki, bu gün bir -birinə göz aydınlığı verən insanlar torpaqlarımızın bütövləşməsinə və işğal olunmuş ərazilərimizin azad olunmasına görə bir-birini təbrik edəcəklər”.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü