Modern.az

Levandovski het-trik etdi, “Bavariya” qazandı

Levandovski het-trik etdi, “Bavariya” qazandı

Aktual

7 Mart 2021, 00:08

Almaniya Bundesliqanın 24-cü turunda “Bavariya” evdə “Borussia”nı (Dortmund) 4:2 hesabı ilə məğlub edib.

 

Modern.az xəbər verir ki, “Bavariya”nın heyətində polşalı hücumçu Robert Levandovski het-trik edib. Rəqib qapısına vurulan digər qolun müəllifi Leon Qoretzka olub.

 

“Borussia”nın (Dortmund) heyətində isə Erlinq Braut Haland dublla yadda qalıb.

 

Qeyd edək ki, 55 xal toplayan “Bavariya” klubu futbol üzrə Almaniya çempionatının turnir cədvəlində ilk sırada qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...