Modern.az

ABŞ-da güclü qar fırtınası: 2 min təyyarə reysi ləğv edildi

ABŞ-da güclü qar fırtınası: 2 min təyyarə reysi ləğv edildi

Dünya

14 Mart 2021, 09:24

ABŞ-ın Kolorado ştatında “Denver” Beynəlxalq Hava Limanının rəhbərliyi qar fırtınası səbəbindən həftə sonu, təxminən 2000 təyyarə reysini ləğv etmək məcburiyyətində qalıb. 

 

Modern.az “Associated Press”ə istinadən xəbər verir ki, kəskin hava şəraiti ilə əlaqədar 750 uçuş təxirə salınıb. 

 

Eyni zamanda bazar günü üçün nəzərdə tutulmuş 1250 uçuş ləğv edilib.

 

Meteoroloqların proqnozlarına görə, şənbə günündən bazar gününə keçən gecə Denver və Boulder şəhərlərində təxminən 46-61 sm qar yağacaq, Koloradonun dağlıq bölgələrində isə 76 sm-ə qədər yağıntının olacağı gözlənilir.

 

Qeyd edək ki, fevral ayında ABŞ-ın cənub ştatlarında anormal şaxta və qar milyonlarla insanın işıqsız və susuz qalmasına səbəb olub.

 

Vəziyyət Texas ştatında xüsusilə çətin olub. “The New York Times”ın məlumatına görə, fevral ayında baş verən pis hava şəraiti 58 nəfərin həyatına son qoyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı