Modern.az

Azərbaycanda ən çox bu yaşda olan insanlar yoluxub - Şöbə müdiri

Azərbaycanda ən çox bu yaşda olan insanlar yoluxub - Şöbə müdiri

Aktual

6 May 2021, 12:11

Azərbaycanda ən çox yoluxmalar 30-59 yaş qrupları arasındadır.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

Y. Qarayeva bildirib ki, ən çox yoluxma yenə də Bakıdadır:

 

"Bakıda isə Binəqədi və Yasamal rayonlarındadır. Xüsusi narahatlıq doğuran bölgəmiz yoxdur. Hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Ona görə də karantin rejiminin sərtləşməsinə ehtiyac yoxdur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı