Modern.az

Qərbi narahat edən hərbi təlimlər: Rusiya robotlardan istifadə etdi

Qərbi narahat edən hərbi təlimlər: Rusiya robotlardan istifadə etdi

Dünya

11 Sentyabr 2021, 22:56

Rusiya Belarus ilə birlikdə keçirdiyi hərbi təlimlərin aktiv mərhələsinin ikinci günündə yeni döyüş robotları və taktiki vasitələrdən istifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlikdən verilən məlumata görə, qoşunlar uzaqdan idarə olunan, qumbaraatan və pulemyotla silahlanmış “Platform-M” döyüş robotlarından istifadə ediblər.

 

Rusiya xəbər agentlikləri bu cür platformaların ilk dəfə təlimlərdə iştirak etdiyini açıqlayıb. Bundan əlavə, yeni “Sarmat-2” taktiki maşınlarından da istifadə olunduğu bildirilib.

 

Gələn həftənin cümə axşamına qədər davam edəcək “Zapad-2021” hərbi təlimləri Avropa İttifaqının sərhədlərinə yaxın ərazidə keçirilir. Təlimlər Ukrayna və bəzi NATO ölkələri tərəfindən narahatlıqla qarşılanıb.

 

Rusiya Prezidenti Vladimir Putin təlimlərin hər hansı bir xarici qüvvəyə qarşı yönəlmədiyini deyib. O, Rusiyanın və müttəfiqlərinin sərhədləri yaxınlığında NATO-nun aktivliyinin artdığını nəzərə alaraq təlimlərin məntiqli olduğunu söyləyib.

 

Ukrayna və NATO-ya üzv olan Polşa və Litva belə böyük təlimlərin təxribat xarakterli olduğunu hesab edir.

 

Qeyd edək ki, manevrlər hər dörd ildən bir keçirilir, lakin builki təlimlər daha geniş miqyasda baş tutur.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı