Modern.az

Allahşükür Paşazadə İran səfiri ilə görüşdü

Allahşükür Paşazadə İran səfiri ilə görüşdü

8 Noyabr 2012, 16:15

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini onun öz xahişi ilə qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tanışlıq xarakteri daşıyan görüşdə yeni fəaliyyətə başlamış səfiri salamlayan şeyxülislam A.Paşazadə ona gələcək fəaliyyətində uğurlar diləyib, iki ölkə arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Azərbaycanın dini liderinin İran dövlətinə səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ümumən, din xadimlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında dini əlaqələrin inkişafına öz töhfəsini verdiyini, onların intensivliyinin artırılmasının vacibliyini  bildirib.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı