Modern.az

“Mənim Bayrağım – Mənim Şərəfim”

“Mənim Bayrağım – Mənim Şərəfim”

8 Noyabr 2012, 22:07

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi öz fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər əsasən gənc nəslin milli-vətənpərvərlik ruhda tərbiyyə olunması və onların öz tariximizə, mədəniyyətimizə daha dərindən bələd olması məqsədi daşıyır. 
Növbəti belə bir tədbir ölkəmizdə təntənəli şəkildə qeyd edilən 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bu əlamətdar gün münasibəti ilə Kəlbəcər rayon məktəbliləri ilə birgə “Mənim Bayrağım – Mənim Şərəfim” adlı tədbir keçirib. Tədbirdə rayon ağsaqqalları, mədəniyyət xadimləri, şağird və tələbələr iştirak edib. Məktəblilər bayraq haqqında şeirlər söyləyib, qonaqlar bayrağın müqəddəsliyi və dəyəri haqqında fikirlərini məktəblilərlə bölüşüblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı