Modern.az

Kəmaləddin Heydərov zəlzələ bölgəsində açılışlar edib

Kəmaləddin Heydərov zəlzələ bölgəsində açılışlar edib

Aktual

15 Noyabr 2012, 19:02

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələ baş vermiş şimal-qərb bölgəsində olub. Nazirlikdən bildirilib ki, ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) və əlaqədar dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir. General-polkovnik Kəmaləddin Heydərov bu gün  yenidən zəlzələ bölgəsinə gedib. Nazir zəlzələdən zərər çəkən Zaqatala və Balakən rayonlarının bir sıra kəndlərində olub, qəzalı vəziyyətdə olan evlərlə, tikinti işlərinin gedişi ilə maraqlanıb. Balakən rayonundakı Püştətala kənd ibtidai məktəbinin, Zaqatala rayonundakı Mamrux və Faldar kənd tam orta məktəblərinin açılışlarında iştirak edən fövqəladə hallar naziri, həmçinin, həmin kəndlərdə tikintisi başa çatan mənzillərin açarlarını da sakinlərə təqdim edib.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı