Modern.az

Prokurorluq uşaqların göbələkdən ölməsini ARAŞDIRIR

Prokurorluq uşaqların göbələkdən ölməsini ARAŞDIRIR

Aktual

20 Oktyabr 2021, 11:05

Baş Prokurorluq Qaxdakı zəhərlənmə ilə bağlı məlumat yayıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Qax rayonunun Tasmaslı kənd sakinləri 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

 

Onlardan M. Qasımlı və İ. Qasımzadə dünyasını dəyişib.

Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir