Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

2 Dekabr 2012, 16:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaqdır.

Temperatur gecə 6-10°, gündüz 12-17° isti olacaqdır.

 Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 70-80 faiz olacaqdır.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir . Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Axşam az yağış yağacağı ehtimalı vardır.

Temperaturun gecə gecə 1 ° şaxtadan 4°-dək isti, gündüz 10°-15° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.

Temperaturun gecə 2°-6°, gündüz 11 -16° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaqdır. Axşam isə bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı vardır.

Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 2-7°, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.  Temperaturun gecə 3-7°, gündüz 13-17°, dağlarda gecə 2-7 ° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir