Modern.az

İran “3+3” formatını DƏSTƏKLƏYİR

İran “3+3” formatını DƏSTƏKLƏYİR

23 Noyabr 2021, 16:08

İran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qafqazda sülhün və əməkdaşlığın təmin edilməsi üçün “3+3” formatının yaradılması təşəbbüsünü dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend “Anadolu” agentliyinə müsahibəsində deyib.

 

Diplomat xatırladıb ki, İran “3+3” formatı məsələsi ilə bağlı region ölkələri ilə təmaslar aparır:

 

“Bu təşəbbüs həm də İranın xarici siyasətinin əsas prinsiplərinə uyğundur. Yəni region ölkələrinin problemlərinin həlli, münaqişə zonalarının minimuma endirilməsi bizim üçün vacibdir. Gürcüstan istisna olmaqla, region ölkələri bu təşəbbüsü qəbul edib. “3+3” və ya “3+2” təşəbbüsünü həyata keçirmək üçün kollektiv iradə, ümumi maraqlar və yüksək səviyyəli anlaşma var. Şübhəsiz ki, 30 ildir davam edən münaqişənin başa çatması, sülhün və sabitliyin bərqərar olması, Cənubi Qafqazda inkişaf, ticarət, investisiya və maneəsiz kommunikasiya imkanlarının yaranması bütün region ölkələrinə fayda verəcək. Bu təşəbbüsün əsas üstünlüyü ondan ibarətdir ki, region ölkələrindən heç biri diqqətdən kənarda qalmır”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü