Modern.az

Daha bir ölkədən Pekin Olimpiadasına boykot QƏRARI

Daha bir ölkədən Pekin Olimpiadasına boykot QƏRARI

Dünya

8 Dekabr 2021, 18:12

Böyük Britaniya Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson məlumat yayıb.

 

 

O, idmançıların Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edə biləcəyini, lakin nazirlər və rəsmilərin diplomatik boykot edəcəyini bildirib.

 

Conson deyib ki, hökumət Çində insan haqlarının pozulması ilə bağlı narahatlığını dilə gətirməkdən çəkinmir.

 

"Pekindəki Qış Olimpiya Oyunlarının diplomatik boykotu effektiv şəkildə həyata keçiriləcək, heç bir nazir və ya rəsminin iştirak etməsi gözlənilmir", - deyə o qeyd edib.

 

Akif İsmayılov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı