Modern.az

Gürcüstanın "Eurovision-2010"-dakı təmsilçisi Bakıya gəlir

Gürcüstanın "Eurovision-2010"-dakı təmsilçisi Bakıya gəlir

Təhsil

22 Fevral 2010, 14:49

Gürcüstanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək Sofo Nijaradze Bakıya gələcək. Modern.az-ın məlumatına görə bu barədə “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib. st1:*{behavior:url(#ieooui) }

Onun sözlərinə görə, Sofo Nijaradze “Eurovision-2010” Azərbaycan milli final konsertində finalçılar - Məryəm Şabanova, Safura Əlizadə və “Milk&Kisses” qrupuna dəstək olmaq məqsədilə martın 2-də “Buta Palace”da düzənlənəcək konsertdə iştirak edəcək. A.Kərimli onu da qeyd edib ki, Gürcüstan təmsilçisi "Eurovision-2010" müsabiqəsində ifa edəcəyi mahnını “Buta Palace”nın səhnəsində oxuyacaq.

Qeyd edək ki, martın 2-də düzənlənəcək “Eurovision-2010” Azərbaycan milli final konsertində ölkəmizi bu nüfuzlu müsabiqədə təmsil edəcək şəxs və onun ifa edəcəyi mahnı seçiləcək.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü