Modern.az

Helikopter qəzasında həlak olan zabitlərin ailəsinə kompensasiya veriləcək

Helikopter qəzasında həlak olan zabitlərin ailəsinə kompensasiya veriləcək

Təhsil

12 Fevral 2013, 15:35

Fevralın 11-də Bakı səmasında baş vermiş helikopter qəzası zamanı həlak olan zabitlərin ailəsinə kompensasiya veriləcək.  Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Nazirliyin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev bildirib ki, qanunla nəzərdə tutulmuş bütün imtiyazlar həlak olan zabitlərin ailələrinə şamil olunacaq.

Qeyd edək ki, dünən səhər saatlarında Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı