Modern.az

Ali Rada Timoşenkonu istefaya göndərdi

Ali Rada Timoşenkonu istefaya göndərdi

Təhsil

3 Mart 2010, 17:08

Ukrayna parlamenti baş nazir Yuliya Timoşenkonu istefaya göndərdi. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Radanın bugünkü iclasında qərar qəbul olunub.  Deputatlar bu qərarı yekdil səslə dəstəkləyib. İclasda iştirak edən 404 deputatdan 243-ü qərara “hə” deyib.  Timoşenkonun istefasını Regionlar Partiyası, Litvin Bloku, kommunistlər və Yuşşenkonun “Bizim  Ukrayna” partiyasından olan bəzi deputatlar dəstəkləyib.  Timoşenko blokunda təmsil olunan deputlar, eləcə də  “Bizim Ukrayna”dan olan deputların bir qismi səsvermədə iştirak etməyib. Səsvermədən bir qədər əvvəl Timoşenko parlamentə gəlib. Beləliklə də parlamentdəki hakim koalisiyanın dağılması nəticəsində Timoşenkonun istefası reallaşdı. Bundan sonra Regionlar Partiyası parlament çoxluğunu təşkil edəcək və ölkənin yeni  baş nazirini seçəcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı