Modern.az

Rusiya desant qüvvələrinə Qarabağa girmək üçün səlahiyyət verilib - HADİSƏ

Rusiya desant qüvvələrinə Qarabağa girmək üçün səlahiyyət verilib - HADİSƏ

2 Mart 2013, 13:31

Hava-desant qüvvələrinin komandanı: “Ermənistan qarşısında müttəfiqlik borcumuzu yerinə yetrəcəyik”

“Rusiya Federasiyasının  hava desant qoşunları ehtiyac duyulduğu təqdirdə ölkə hüdudlarından kənarda lazımi effektiv məsələləri tətbiq etəmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı özvü olan ölkələrə yönləndirilə bilər”. Modern.az bildirir ki, bu barədə Rusiya Hava-desant qüvvələrinin (HDQ) komandanı, “Rusiya qəhrəmanı” olan general-polkovnik Vladimir Şamanov verib.

"Rusiya ərazisində yarana biləcək problemlərin həlli ilə yanaşı, bu məsələdə başqa bəzi məqamlar da var. Bunlardan biri Rusiyanın Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıması və eləcə də Rusiyanın KTMT-dəki müttəfiq  ölkələrə qarşı müttəfiqlik borclarının yerinə yetirilməsidir. Bunlar Ermənistan,  Tacikistan və Qırğızıstandır"-deyə Şamanov söyləyib.
Şamanovun sözlərinə görə, hazırda Şimali Qafqazda HDQ-nin birləşmələri və hissələri yoxdur.

Xatırladaq ki, 27 fevral tarixində Rusiya Hərbi Qüvvələrinin geniş kollegiya iclasında Rusiya mudafiə naziri Serqey Şoyqu desant qüvvələrinə surətli təsir vasitəsi kimi ehtiyac duyulduğu təqdirdə nəzarəti əlinə almağı tapşırıb.

Qeyd edək ki, KTMT üzvü olan və Rusiyanın “müttəfiq” adlandırdğı Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir, ölkəmizin 20 fazi ərazisini işğal edib. Bu baxımdan desant qoşununa belə xüsusi səlahiyyətlərin verilməsi Dağlıq Qarabağda başlana biləcək müharibə zamanı Moskvanın müdaxilə imkanlarını təsdiq edir.

Günəş FƏRHADLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü