Modern.az

Qadınlara 8 Mart hədiyyəsi- FOTOLAR

Qadınlara 8 Mart hədiyyəsi- FOTOLAR

8 Mart 2013, 13:55

Rəşid Behbudov adına Mahnı Teatrında Türkiyənin Azərbaycandakı səfirliyi və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə konsert proqramı olub. Modern.az-ın verdiyi məlumata görə, konsertdə Türkiyənin fövqəladə səfiri Alper Coşkun və “Lider Qadınlar” İctimai Birliyi sədri, millət vəkili Məlahət İbrahimqızı iştirak edərək qadınları təbrik ediblər.

Mərasimdə Türkiyənin tanınmış sənətçisi Oya Ergün konsert proqramı ilə çıxış edib. Bundan əlavə konsertdə bəstəkar Sevinc Tofiqızı və müğənni Coşqun Viləş də iştirak ediblər. Konsertə cəmiyyətdə ictimai fəallığı ilə seçilən qadınlar da iştirak ediblər.


Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü