Modern.az

Aprelin hava PROQNOZU - 30 dərəcə isti olacaq

Aprelin hava PROQNOZU - 30 dərəcə isti olacaq

Təhsil

28 Mart 2014, 12:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə aprel ayında orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək, ayrı-ayrı yerlərdə isə iqlim normasına  yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasından az, bəzi ərazilərdə isə normaya yaxın olacağı ehtimal olunur.  

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 11-14 dərəcə isti (gecələr 7-12, gündüzlər ayın birinci yarısında 14-19, ikinci yarısında 20-25, bəzi günlərdə 30 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm), bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.  

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 6-11, ayın birinci yarısında 17-22, ikinci yarısında 23-28, bəzi günlərdə 33 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm), bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.  

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, ayın birinci yarısında 11-16, ikinci yarısında 18-23, bəzi günlərdə 27 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 54-83 mm) olacağı gözlənilir.  

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 6-11, ayın birinci yarısında 15-20, ikinci yarısında 22-27, bəzi günlərdə 30-32 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasından az (norma 31-54 mm) olacağı gözlənilir.  

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 10-15 dərəcə isti (gecələr 5-10, ayın birinci yarısında 11-16, ikinci yarısında 18-23, bəzi günlərdə 25-27 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-126 mm) olacağı gözlənilir.  

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

  Orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 8-13, ayın birinci yarısında 18-23, ikinci yarısında 25-30, bəzi günlərdə 32 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-49 mm), bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.  

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

  Orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə dağlarda 0-5, ayın birinci yarısında 14-19, ikinci yarısında 21-26, bəzi günlərdə 28-30 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü