Modern.az

"Millət azadlığına uzanan əlləri qutularda “dəfn etdi”" - ƏRDOĞAN

"Millət azadlığına uzanan əlləri qutularda “dəfn etdi”" - ƏRDOĞAN

31 Mart 2014, 10:22

Modern.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyədə keçirilən bələdiyyə seçkiləri ərəfəsində baş nazir Rəcəb Tayyib Ərdoğan baş tutmuş seçkilər və səsvermələrlə bağlı çıxış edib. AKP baş ofisinin kürsüsündən vətəndaşlara qarşısında çıxış edən Ərdoğan “Millət azadlığına uzanan əlləri qutularda “dəfn etdi” - deyə açıqlama verib.

Kürsüyə həyat yoldaşı Əminə Ərdoğan, oğlu Bilal və qızı Süməyya Ərdoğan ilə çıxan Ərdoğan ailəsi ilə bir müddət vətəndaşları salamlayıb. Ərdoğan “81 vilayəti, 77 milyon Türkiyə Cumhuriyyəti vətəndaşını bir daha məhəbbətlə qucaqlayır və salamlayıram” - sözləri ilə danışığa başlayıb.

Qeyd edilib ki, minlərlə insanın toplandığı Üsküp meydanına telekonfransla müraciət edən baş nazir “əvvəlcə Rəbbimə bizə belə bir qələbə, məntiqli nəticə nəsib etdiyi üçün şükr edirəm. Ya Rəbb sən çox böyüksən!” - deyə dost və qardaşlara dua və təşəkkür edib.

Rafiq Qənbərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir