Modern.az

Baş Prokurorluqdan döyülən uşaqla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan döyülən uşaqla bağlı AÇIQLAMA

22 May 2014, 13:27

Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə ilə bağlı ötən gün mediada yayılan videonun araşdırılması məqsədilə toplanmış materiallar Suraxanı rayon Prokurorluğuna göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Nahid Cavadovun döyülməsi ilə əlaqədar Suraxanı rayon Polis İdarəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Suraxanı rayon Prokurorluğuna göndərilib.

“Material üzrə məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin olunub, zəruri izahatlar alınıb. Ekspertizaların rəyi alındıqdan sonra toplanmış sübutlara hüquqi qiymət verilməklə, qanunamüvafiq qərarın qəbul olunması təmin ediləcək”.

Xatırladaq ki, mayın 21-də YouTube portalında Suraxanı rayon 7 saylı xüsusi internat məktəbində müəllim tərəfindən döyüldüyü iddia olunan ikinci sinif şagirdi Nahid Cavadovun videosu yayılıb. Videogörüntülərdə gözlərinin altı qaralmış şagird, Afaq adlı müəllim tərəfindən taxta ilə döyüldüyünü bildirir. O, müəllimin ondan başqa daha iki şagirdi də döydüyünü iddia edir.

Gültəkin ƏLƏSGƏR  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü