Modern.az

Sabah küləkli, bəzi yerlərdə isə yağıntılı hava olacaq

Sabah küləkli, bəzi yerlərdə isə yağıntılı hava olacaq

Təhsil

2 Sentyabr 2014, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy Departamentindən Modern.az-a verilən məlumat görə, sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.

Ümumiyyətlə, yaxın iki gün ərzində Bakıda mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında sentyabrın 3-də hava əsasən yağmursuz keçəcək, lakin dağlıq ərazilərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

  Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı