Modern.az

Pekində siqaret çəkməyə qadağa qoyuldu

Pekində siqaret çəkməyə qadağa qoyuldu

Dünya

1 İyun 2015, 18:00



Çinin paytaxtı Pekində bütün ictimai yerlərdə siqaret çəkməyə qadağa tətbiq olunub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qadağaya min nəfər müfəttiş nəzarət edəcək, qanun pozucuları isə yüksək miqdarda cərimə gözləyir. Yeni qaydalara görə, məktəb və xəstəxanalara yaxın ərazilərdə siqaret çəkənlər 32 dollar (indi bu cərimə 1,6 dollardır) cərimə ödəyəcəklər.

Çin bu gün tütün məmulatlarının istifadəsinə görə dünya liderlərindən biri hesab olunur. Bu ölkədə 300 milyon nəfərdən çox siqaret çəkənin olduğu bildirilir. Bundan əvvəlki qadağaların heç biri tütün məmulatlarına tələbatı azaltmayıb.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı