Modern.az

Tibb Universiteti Amerikanın ali məktəbi ilə əlaqələri genişləndirir - FOTO

Tibb Universiteti Amerikanın ali məktəbi ilə əlaqələri genişləndirir - FOTO

Təhsil

16 İyul 2015, 16:49


Bu gün Amerika Birləşmiş Ştatlarının Oklahoma Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. ATU-dan Modern.az-a verilən məlumata görə,  nümayəndə heyəti ilə görüş zamanı ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov amerikan həmkarlarına Tibb Universitetinin fəaliyyəti, uğur və nailiyyətləri haqqında məlumat verib.

Akademik Ə.Əmiraslanov Azərbaycanda tibb elminin inkişafı sahəsində dövlət səviyyəsində görülən işlərdən, gələcək həkimlərin təhsili üçün yaradılan imkanlardan danışdı. Rektor bildirdi ki, məhz müstəqillik illərində Azərbaycan dövlətinin iradəsi sayəsində tibb təhsili və tədrisində yüksək səviyyəyə çatmaq mümkün olub.

Tibb Universiteti nəzdində son illərdə yaradılan klinikaların fəaliyyətindən də söz salan rektor Ə.Əmiraslanov həmçinin, nümayəndə heyətinin rəhbəri, general Robbie L. Asherini Oklahoma Universitetinə yeni baş komandan təyin olunması münasibətilə təbrik edərək ona işlərində uğurlar və can sağlığı arzulayıb.

Cənab general Robbie L. Asheri də öz növbəsində ATU rəhbərliyinə dəvət və ayrılan diqqət üçün xüsusi təşəkkürlərini çatdırıb. Möhtərəm qonaq bundan əvvəl də Azərbaycanda olduğunu, qısa müddət ərzində Bakının çox dəyişməsi və gözəlləşməsinə təəccübləndiyini gizlətməyib.

General Robbie L. Asheri növbəti dəfə Bakıda olmasından çox məmnun qaldığını bildirib. O, Tibb Universitetinin klinikalarında yaradılan  yüksək səviyyəli şəraitlə yaxından tanış olduqlarını söyləyib. Qonaq  Oklahoma Universiteti ilə Azərbaycan Tibb Universiteti arasındakı sıx əlaqələrdən danışıb, tibb sahəsindəki qarşılıqlı münasibətlərin bundan sonra da dərinləşməsində maraqlı olduqlarını qeyd edib. Sonda hər iki təhsil müəssisəsinin rəhbərləri tərəfindən qarşılıqlı əməkdaşlığa dair  saziş imzalanıb.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

  Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı