Modern.az

Rusiyada yoxsulların sayı kəskin artıb

 Rusiyada yoxsulların sayı kəskin artıb

Dünya

21 Mart 2016, 20:02

 

2015-ci ildə Rusiyadakı yoxsulların sayı 3,1 milyon nəfər artıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hazırda ölkədə 19,2 milyon adam yoxsulluq həddində yaşayır ki, bu da 2006-cı ilin göstəricisi ilə müqayisədə çox yüksəkdir. 2014-cü ildə Rusiyada 16,1 milyon yoxsul olub, bundan bir il əvvəl kasıb yaşayanların sayı 15,5, 2012-ci ildə 15,4, 2011-ci ildə 17,9 milyon olub. 2010-cu ildə Rusiyada 17,7,  bir il ondan öncə 18,4, 2008-ci ildə 19, 2007-ci ildə 18,8, 2006-cı ildə isə 21,6 milyon nəfər idi.  

Rusiya Statististika Komitəsinin məlumatına görə, 2015-ci ildə ölkə əhalisinin 13,4 faizi imkansız olub.

Bundan əlavə, Rusiyada 2016-cı ilin fevral ayında işsizlərin sayı yanvar ayı ilə müqayisədə artaraq 4,429 milyon nəfərə çatıb. Bu isə o deməkdir ki, iqtisadi cəhətdən fəal əhalinin 5,8 faizi işsizdir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı