Modern.az

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Ölkə

Bu gün, 10:14

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib.

Modern.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4009 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Onlardan 4003 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsində itkin düşmüş şəxslərdir.

I Qarabağ müharibəsində itkin düşən 4003 nəfərdən 3221 nəfəri hərbçilər, 782 (71 uşaq, 288 qadın, 319 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3714 nəfər kişi, 289 nəfər isə qadındır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 226 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV