Modern.az

Trampın oğlu: Azərbaycan dostumuz, İsrail isə müttəfiqimizdir

Trampın oğlu: Azərbaycan dostumuz, İsrail isə müttəfiqimizdir

Ölkə

Bu gün, 17:16

ABŞ Prezidenti Donald Trumpın oğlu Eric Trump ilə Azərbaycan nümayəndə heyəti arasında Vaşinqtonda keçirilən görüş İsrailin aparıcı media qurumlarında geniş işıqlandırılıb.

Modern.az xatırladır ki, ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Konqresdə baş tutan görüşdə Bakı ravvini Zamir Isayev və Azərbaycanın protestant icmasının rəhbəri Rasim Xəlilov da iştirak ediblər.

İsrailin “Walla” nəşrinin yazdığına görə, tərəflər strateji tərəfdaşlıq, Cənubi Qafqazdakı vəziyyət və Ağ Evin təşviq etdiyi regional təşəbbüsləri müzakirə ediblər. Görüşün əsas məqamlarından biri Erik Trampın “Azərbaycan dostumuz, İsrail isə müttəfiqimizdir” bəyanatı olub.

“Maariv” nəşri isə Erik Trampın Bakı ilə İrəvan arasında sülh sazişi və TRIPP nəqliyyat dəhlizi layihəsi ilə bağlı fikirlərinə diqqət çəkib. Nəşrin sitat gətirdiyi açıqlamada o, “Ümid edirəm ki, bu layihə regiona hamının gözlədiyi sülhü gətirəcək” deyib.

“Kikar” portalı görüş zamanı Zamir İsayevin Azərbaycandakı dini tolerantlıqla bağlı fikirlərini ön plana çıxarıb. Ravvin bildirib ki, Azərbaycandakı yəhudi icması təhlükəsizlik şəraitində yaşayır, dini etiqad azadlığından istifadə edir və dövlətlə cəmiyyətin dəstəyi sayəsində antisemitizmlə üzləşmir.

İsrailin “Kol BaRama” radiostansiyasının məlumatına görə, görüşün sonunda Azərbaycan nümayəndə heyəti Erik Trampa dəstəyinə görə təşəkkür edib və tərəflər əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid ifadə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə