Modern.az

Azərbaycanda gənclərin sayı: neçəsi kişi, neçəsi qadındır...

Azərbaycanda gənclərin sayı: neçəsi kişi, neçəsi qadındır...

Ölkə

Bu gün, 12:37

2026-cı ilin əvvəlinə Azərbaycanda əhalinin 2,3 milyon nəfərini, yəni 22,6 faizini gənclər təşkil edib.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkədəki gənclərin 53,1 faizi şəhər yerlərində, 46,9 faizi isə kənd yerlərində yaşayır.

Gənclərin 1221,9 nəfərini (52,7 faiz) kişilər, 1096,4 nəfərini (47,3 faiz) qadınlar təşkil edir.

2025-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 67,7 min nəfər olub. Ötən il ölkədə doğulan körpələrin 70,6 faizi gənc anaların payına düşüb.

2025-ci ildə Azərbaycanda nikaha daxil olanların 69 faizini gənclər təşkil edib.

Rəsmi statistikaya görə, Azərbaycanda ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,1-dir. Ümumi boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 13,4 faiz, gənc qadınların xüsusi çəkisi isə 31,5 faiz olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Güneylilərdən Türkiyəyə sərt etiraz - Zülmlərimizə niyə susursunuz?