Modern.az

Azərbaycanda gənclər ən çox nələrdən ölürlər? - Rəsmi cavab

Azərbaycanda gənclər ən çox nələrdən ölürlər? - Rəsmi cavab

Ölkə

Bu gün, 13:06

Azərbaycanda 15–29 yaşlı kişilər arasında ölüm göstəricisi qadınlarla müqayisədə xeyli yüksəkdir. Xüsusilə travmalar, zəhərlənmələr və digər xarici səbəblər gənc kişilərin ölüm göstəricilərində böyük paya malikdir.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə hər 100 min nəfər 15–29 yaşlı kişi əhaliyə 77,1 ölüm halı düşüb. Eyni yaş qrupunda olan qadınlar arasında bu göstərici 34,6 olub.

Beləliklə, gənc kişilərdə ölüm göstəricisi qadınlarla müqayisədə 2,2 dəfədən çoxdur.

Rəsmi məlumatlara görə, 2025-ci ildə kişilər arasında ölüm göstəricisinin ən böyük hissəsi travmalar, zəhərlənmələr və xarici səbəblərin digər nəticələri ilə bağlıdır. Hər 100 min nəfərə düşən göstərici 41,2 olub. Qadınlarda isə bu göstərici 10,4 təşkil edib.

Sonrakı yerdə qan dövranı sistemi xəstəlikləri gəlir. 2025-ci ildə bu səbəbdən hər 100 min nəfər gənc kişiyə 9,1, qadına isə 5,3 ölüm halı düşüb.

Yenitörəmələr üzrə ölüm göstəricisi kişilərdə hər 100 min nəfər üzrə 3,8, qadınlarda 3,7 olub.

Tənəffüs sistemi xəstəliklərindən ölüm göstəricisi kişilərdə 2,6, qadınlarda 1,8, həzm sistemi xəstəliklərindən isə müvafiq olaraq 1,1 və 0,8 təşkil edib.

Sidik-cinsiyyət sistemi xəstəlikləri üzrə ölüm göstəricisi kişilərdə hər 100 min nəfərə 0,4, qadınlarda isə 0,3 olub. Bəzi infeksion və parazitar xəstəliklərdən ölüm göstəricisi də aşağı səviyyədə qeydə alınıb: kişilərdə 0,8, qadınlarda 0,6.

Sizə yeni x var
Keçid et
Güneylilərdən Türkiyəyə sərt etiraz - Zülmlərimizə niyə susursunuz?