Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Peşəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşürbu ürəkağrıdan faciədən zərər çəkən hər kəsə dərin hüznlə səbir diləyirik.", - deyə paylaşımda bildirilib.
Ötən gün Pakistanda məktəb binasının uçması nəticəsində 29 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında 28 uşaq da var.