Modern.az

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

Ölkə

Bu gün, 19:11

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

O da bildirilib ki, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 qərar qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar