Modern.az

“20 Yanvar” dairəsində DƏYİŞİKLİK OLACAQ

“20 Yanvar” dairəsində DƏYİŞİKLİK OLACAQ

Ölkə

16 Oktyabr 2026, 22:41

“20 Yanvar” metrostansiyasının yaxınlığından eyniadlı dairə istiqamətində avtobusların hərəkətində dəyişiklik olacaq.

Modern.az xəbər verir ki, bunu  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-nin efirində yayımlanan "Xəbərimiz var" verlişində bildirib. Onun sözlərinə görə, Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobusların "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Həsən bəy Zərdabi prospekti ilə təşkil olunduğundan hazırda nəqliyyat vasitələrinin dönməsində çətinlik yaşanır. Aparılan təhlillərə əsasən gələcəkdə adıçəkilən istiqamətdən dairəyə birbaşa avtobus yolunun olması nəzərdə tutulub. Bu istiqamətdə işlər aparılır. Qeyd edək ki, həmin ərazidən 6-ya yaxın müntəzəm marşurutu hərəkət edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar