Modern.az

Rusiyanın Azərbaycana təklifi müzakirələrə səbəb oldu 

Rusiyanın Azərbaycana təklifi müzakirələrə səbəb oldu 

Qarabağ

4 İyun 2026, 17:36

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün platforma olmağa hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində açıqlamasında deyib.

O, ölkəsinin vasitəçilik missiyasına toxunaraq bildirib:

"Əvvəlki kimi, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, humanitar məsələlərin həllində İrəvan və Bakıya kömək etməyə, həmçinin sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasını hazırlayıb təqdim etməyə hazırıq".

M.Qaluzin qeyd edib ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə etdiyi üçtərəfli razılaşmalar çərçivəsində tərəflər arasında münasibətlərin normallaşdırılması istiqamətindəki səyləri dəstəkləyir.

Nazir müavini həmçinin Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı birləşdirən "3+3" regional əməkdaşlıq platformasının mühüm potensiala malik olduğunu vurğulayıb.

Töhfə Səməd

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ