Modern.az

“Böyük sənət hamisi” filminin təqdimatı və “Danışan Əllər” sərgisinin açılışı oldu

“Böyük sənət hamisi” filminin təqdimatı və “Danışan Əllər” sərgisinin açılışı oldu

Diaspor

19 Oktyabr 2023, 17:58

Azərbaycan Milli Konservatoriyasında “Böyük sənət hamisi” sənədli filminin təqdimatı və “Danışan Əllər” sərgisinin açılışı keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə və təşkilati dəstəyi ilə baş tutan tədbirdə Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Qonaqları salamlayan Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimli hər iki tədbirin önəmini vurğulayıb, ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətə qayğısından söz açıb.

 

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev filmin ərsəyə gəlməsindən danışaraq bildirib ki, xarici auditoriyaya nümayiş olunması üçün filmin ingilis dilli versiyası ABŞ-da səsləndirilib. O, fondun dəstəyi ilə işıq üzü görmüş “Heydər Əliyevin sevimli musiqi inciləri” kitabını konservatoriyaya hədiyyə edib.

 

Daha sonra “Böyük sənət hamisi” sənədli filmi nümayiş olunub.

 

Milli Məclisin deputatı, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyi akademik Rafael Hüseynov, xalq rəssamları Fərhad Xəlilov, Ömər Eldarov və Türkiyə Respublikasının Yedditəpə Universitetinin professoru, əməkdar rəssam Teymur Rzayev film haqqında təəssüratlarını və Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

 

Sonra tədbir iştirakçıları “Danışan Əllər” sərgisi ilə tanış olublar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov