Modern.az

Tbilisidə Müstəqilliyimizin Bərpası Günü konsertlə qeyd edilib

Tbilisidə Müstəqilliyimizin Bərpası Günü konsertlə qeyd edilib

Diaspor

21 Oktyabr 2023, 12:00

Tbilisi şəhərində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün 32-ci ildönümünə həsr olunmuş “Klassik Musiqi Gecəsi” adlı konsert keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Xan Şuşinski Fondu və “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə Tbilisi Dövlət Konservatoriyasında baş tutan konsertdə dost ölkədə yaşayan azərbaycanlılar və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsert öncəsi çıxış edən “Alyans” Gənclər Mərkəzinin rəhbəri Leyla Əmrahova soydaşlarımızı bu əlamətdar gün münasibətilə təbrik edib. Müstəqilliyimizin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bu il ilk dəfə olaraq bu bayramın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam təmin olunduğu şəkildə qeyd edildiyini diqqətə çatdırıb.  

Konsert zamanı Azərbaycanın incəsənət xadimləri – əməkdar artist Nərgiz Kərimova, beynəlxalq festival və müsabiqə laureatları Əminə Zülfüqarova, Nigar Həsənova və Gülsüm Xəlilovanın ifalarında Azərbaycanın bəstəkar və xalq musiqisindən ibarət repertuar təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var