Modern.az

Stokholmda Qərbi azərbaycanlılarla bağlı sənədli filmin təqdimatı - FOTOLAR

Stokholmda Qərbi azərbaycanlılarla bağlı sənədli filmin təqdimatı - FOTOLAR

Diaspor

23 Oktyabr 2023, 13:28

Stokholm şəhərində “İZ – Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. 

 

İsveçdə fəaliyyət göstərən Beynəlxalq Media Mərkəzinin və İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin (SAF) birgə təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin azadlığı və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir iştirakçılarını salamlayan Beynəlxalq Media Qrupun İdarə Heyətinin (İH) sədri Rahim Sadıqbəyli 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpa olunması münasibətilə dünya azərbaycanlılarını təbrik edib. 

 

Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov, Güney Azərbaycan Konqresinin İH-nin üzvü Ayda Əmir Haşimi, “Əlil” Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı, SAF İH-nin sədri Sevda Dadaşova və digərləri çıxış ediblər. Çıxışlarda qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycandan soydaşlarımızın zorla deportasiya edilməsinin tarixi, dünya birliyinin bu həqiqətə göz yumduğu, Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılmasının önəmi diqqətə çatdırılıb. Flmin beynəlxalq ictimaiyyətdə obyektiv təsəvvür formalaşdırmaq, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızı böyük qayıdışa hazırlamaq məqsədilə ərsəyə gətirildiyi bildirilib. 

 

Filmin təqdimatı böyük coşqu ilə qarşılanıb.  

 

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin layihəsi əsasında hazırlanıb. Filmdə Qərbi Azərbaycanda mövcud olan tarixi abidələr, qalalar, qəsrlər, saraylar, türbələr, məscidlər, körpülər və digər abidələrin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsi, ötən əsrdə 4 dəfə (1905-1907, 1918- 1920, 1948-1953, 1988-1991) erməni təcavüzkarlarının və sovet imperiyasının təzyiqi altında dədə-baba torpaqlarını tərk etməyə məcbur qalmış azərbaycanlıların məşəqqətli həyat tarixçəsi əks olunub. 

 

Sənədli filmin layihə rəhbəri “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, quruluşçu rejissoru əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov