"Madrid prinsipləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsasını təşkil etməlidir". Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının deputatı Kristof Berqner bildirib.
"Mənim fikirimcə, biz hamımız başa düşməliyik ki, bu münaqişənin həllinin əsasını məhz Madrid prinsipləri təşkil etməlidir. Almaniya bu münaqişəni həll edə bilməz. Münaqişə ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır və yalnız danışıqlar vasitəsilə",- deyə Kristof Berqner vurğulayıb.
Modern.az