Modern.az

Hillari ona arxadan çox yaxınlaşan Tramp HAQDA: “Rədd ol, əl çək məndən...”

Hillari ona arxadan çox yaxınlaşan Tramp HAQDA: “Rədd ol, əl çək məndən...”

Dünya

24 Avqust 2017, 16:53

ABŞ prezidenti Donald Tramp qadınları qorxudan, onlara gözünü dikən yaramaz murdarın biridir.

 

Virtualaz.org xəbər verir ki, bu fikirlər prezidentliyə keçmiş namizəd Hillari Klintonun “Nə baş verdi” adlı yeni kitabında yer alır. Kitaban audiofraqmenti MSNBS telekanalı “Morning Joe” proqramında səsləndirib.

 

“Prezidentliyə namizədlərin ikinci debatı gedirdi və Donald Tramp həmişə nəyə görəsə məndən arxaya keçirdi. Bundan iki gün qabaq bütün dünya onun qadınlara sataşmağı ilə necə fəxr etdiyini eşitmişdi. İndi biz onunla balaca səhnədə tək idik, mən hara gedirdimsə o arxamca gedirdi, məndən gözünü çəkmirdi, sifət ifadələri qururdu. Olduqca qeyri-komfort vəziyyət yaranmışdı, o, sözün hərfi mənasında mənim kürəyimdə nəfəs alırdı. Tüklərim biz-biz olmuşdu. Bu, həmin məqamlardan biri idi ki, ətrafdakılardan soruşasan:

 

“Axı nə edək?”. Sakit qalıb gülümsəyək və elə görkəm yaradaq ki, o sənin şəxsi məkanına təcavüz etməyəcək? Yaxud geri dönüb düz onun gözünün içinə baxaq və aydın şəkildə deyək: “Əl çək, murdar. Uzaqlaş mndən. Mən bilirəm sən qadınları qorxutmağı sevirsən, lakin məni qorxuda bilməzdən, ona görə də sürüş burdan”-Hillari Klinton kitabında yazır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü