Modern.az

Bu ölkədə NATO təlimləri keçiriləcək

Bu ölkədə NATO təlimləri keçiriləcək

Dünya

30 Aprel 2024, 23:35

Rumıniyada mayın 5-dən 24-dək NATO-nun “Swift Response 24” hava-desant təlimi keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Ümumilikdə manevrlərə NATO-nun 7 ölkəsindən və onların tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb olunacaq.

 

“Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük hava-desant əməliyyatlarından biri həyata keçiriləcək”, - məlumatda bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları