Modern.az

Hindistan Həcc ziyarətinə ayırdığı pulu təhsilə yönəltdi

Hindistan Həcc ziyarətinə ayırdığı pulu təhsilə yönəltdi

Dünya

16 Yanvar 2018, 22:20

Hindistan hökuməti müsəlman zəvvarlarına verdiyi dövlət yardımını kəsib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Əhalinin sosial müdafiəsi naziri Muxtar Abbas Nakvi, 1959-cu ildən bəri Hindistandan həcc ziyarətinə yola düşən zəvvarların yol xərclərinin qarşılanması qanununun aradan qaldırıldığını bildirib.

 

Nakvi  bu yardımın Hindistanın əhalisinə heç bir faydasının olmadığını və ayrılan pulun sosial təminatları zəif olan uşaqlarının təhsilinə sərf ediləcəyini söyləyib.

 

Nazir, həmçinin, qeyd edib ki, onlar Səudiyyə Ərəbistanı ilə hindistanlı həcc zəvvarlarının müqəddəs torpaqlara su nəqliyyatından istifadə edərək ziyarət edəcəkləri haqqında razılığa gəliblər. Nakvi bunun yaxın zamanlarda reallaşacaq görüşdə qəbul ediləcəyini bildirib.

 

Qeyd edək ki, hər il Hindistanda müqəddəs torpaqları ziyarət edən həcc zəvvarlarının 50 faizin yol haqqları dövlət tərəfindən qarşılanırdı. Bu il təxminən Hindistandan həccı ziyarət edən zəvvarların sayı 175 min olub ki, bu da Hindistan üçün rekord rəqəm hesab edilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var