Modern.az

18 yaşlı qız 2018-ci ilin \"Rusiya gözəli\" seçilib

18 yaşlı qız 2018-ci ilin \

15 Aprel 2018, 15:50

"Rusiya gözəli-2018" tutuluna Çuvaşiya Muxtar Respublikasından olan Yuliya Polyaçixina layiq görülüb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, 18 yaşlı Yuliya Polyaçixina ağ qızıldan düzəldilmiş, brilliant, yaqut və sapfirdən hazırlanmış tacla, həmçinin 3 milyon rubl pul mükafatı və yeni avtomobillə təltif edilib.

Yuliya Polyaçixinaya təqdim edilən tacın 1 milyon dollar dəyərində olduğu bildirilib.

"Rusiya gözəli-2018" SMS səsverməsi yolu ilə seçilib.


Yuliya Polyaçixina fitnes-aerobika və badmintonla məşğuldur, orta məktəbi qızıl medalla bitirib.

O, Rusiyanı “Dünya gözəli” müsabiqəsində təmsil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı