Modern.az

Paşinyan müttəfiqlərindən aralanır

Paşinyan müttəfiqlərindən aralanır

Dünya

12 İyun 2018, 12:43

Ermənistan baş naziri Nikol Paşinyan növbədənkənar seçkilər üçün artıq öz müttəfiqlərini gözləməyə bilər. Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” qəzeti yazıb.

 

Əgər Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilərsə bu zaman “Mülki müqavilə” partiyasını lideri Paşinyan  müttəfiqi “Çıxış” blokunun üzvləri olmadan da seçkilərdə iştirak edə bilər.

Bu zaman hətta “Çıxış” bloku seçkilərdə iştirakdan yayına bilər.

Buna səbəb Paşinyanın ölkədə apardığı kadr dəyişikliyi ilə əlaqədar siyasi güc balansının da dəyişməsidir.

 

Nəticədə o “Çıxış” blokundan olan digər iki lider, Edmon Manukyan və Aram Sarkisyanı müttəfiqləri ilə birgə öz ətrafında birləşdirmədən seçkilərə gedə bilər.

Qeyd edək ki, “Çıxış” bloku Nikol Paşinyana onun Sarkisyanı uzaqlaşdırmaq və hakimiyyətə uzanan yolunda ən yaxın müttəfiqi olub.

 

Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı