Modern.az

Hərbi baza terrorçuların əlinə keçdi

Hərbi baza terrorçuların əlinə keçdi

Dünya

4 Noyabr 2018, 20:56

Əfqanıstanda terror qruplaşması hərbi bazasına hücum edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Taliban” radikal hərəkatının silahlıları Əfqanıstanın mərkəzi Uruzqan vilayətinin Tarinkot şəhərində ordunun və polisin hərbi bazasını ələ keçiriblər. Məlumata görə, baza ərazisində Əfqanıstan ordusunun və polisininin 25 əməkdaşı var. Onların taleyi barədə məlumat yoxdur. "Taliblər"in itkisi barədə də xəbər verilmir.

 

Qeyd edilir ki, "taliban"çılar bazadakı silah və nəqliyyat vasitələrini ələ keçiriblər.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var